Cümə 29.03.2024

"Sumqayıt" iranlı hücumçunu göndərdi

"Sumqayıt" iranlı hücumçunu göndərdi

"Sumqayıt" futbolçusu Mehdi Şərifi ilə yollarını ayırıb. Klubun rəsmi saytının verdiyi xəbərə görə, 28 yaşlı iranlı hücumçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Mehdi Şərifi 2019-cu ilin avqustunda "Sumqayıt"a keçib. Onun klubla daha bir illik müqaviləsi var idi.

Daha əvvəl "Sumqayıt"ın futbolçularından Şəhriyar Əliyev "Keşlə"yə, Elvin Cəfərquliyev "Qarabağ"a keçib.