Çərşənbə 24.04.2024

"Neftçi" yenə qələbə qazana bilmədi

"Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan Premyer Liqasında 5-ci turun matçları keçirilir. İkinci oyun günündə bir görüş oynanılıb.

“Neftçi” doğma meydanda “Keşlə” ilə üz-üzə gəlib. Tərəflərin səylərinə baxmayaraq, qapılar toxunulmaz qalıb. Meydan sahiblərinin heyətində Donald Qerye ilk hissədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Tura sabah keçiriləcək “Zirə” – “Qarabağ” matçı ilə yekun vurulacaq. Ötən gün isə “Sumqayıt” “Sabah”ı məğlub edib (1:0), “Səbail” – “Qəbələ” matçında isə qalib müəyyənləşməyib (1:1).

Azərbaycan Premyer Liqası

5-ci tur

22 sentyabr

“Neftçi” – “Keşlə” 0:0

Qırmızı vərəqə: Donald Qerye, 34 (ikinci sarı)

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov.

Bakı. 8-ci km stadionu