Koronavirus səbəbindən startı gecikən Formula 1 üzrə dünya çempionatında yeni mövsümün ilk mərhələsi baş tutub.
Şpilberq avtodromunda keçirilən Avstriya Qran-prisinin qalibi "Mercedes" pilotu Valtteri Bottas olub.
"Ferrari" pilotu Şarl Lekler ikinci olub. "McLaren"dən Lando Norris isə üçüncü pillədə qərarlaşıb.
Lüis Hemilton finişə 2-ci çatsa da, "Red Bull" pilotu Aleksander Albonla toqquşması üzündən cərimə alıb və nəticədə yarışı 4-cü bitirib.
Ümumilikdə 20 pilotdan 11-i finişə çata bilib. 9 nəfər isə müxtəlif səbəblərdən yarışı yarımçıq dayandırıb.
Qeyd edək ki, Formula-1 tarixində ilk dəfə iki yarış ardıcıl olaraq eyni məkanda təşkil ediləcək. İştirakçılarının sağlamlığını ön planda tutan FIA mövsümün növbəti yarışını bir həftə sonra eyni trasda keçirəcək.