"Liverpul" klubu "Bayern Münhen"in futbolçusu Tyaqo Alkantaranı transfer etməyə hazırlaşır.
29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılacaq. O, tibbi baxışdan keçdikdən sonra avqustun 1-də sözləşməyə imza atacaq.
Qeyd edək ki, Tyaqo Alkantara "Barselona"nın yetirməsidir. Braziliya əsilli ispaniyalı oyunçu "Bayern Münhen"ə 2013/2014 mövsümündə keçib. O, ötən mövsüm 24 oyuna 3 qol vurub.