Bazar 28.04.2024

“Neftçi” – “Spartak” oyunu ləğv olundu

“Neftçi” – “Spartak” oyunu ləğv olundu

“Neftçi” – “Spartak” oyunu ləğv olundu.

Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub. Buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır. “Neftçi” PFK olaraq baş vermiş hadisəyə görə kədərləndiyimizi bildirir, başsağlığı veririk.

Qeyd edək ki, oyun üçün alınmış biletlər qaytarılacaq.