Bazar 28.04.2024

"Qəbələ" yoxlama matçında "Sabah"a qalib gəlib

"Qəbələ" yoxlama matçında "Sabah"a qalib gəlib

"Qəbələ" ilə "Sabah" klubları yoxlama matçında üz-üzə gəliblər.

Qarşılaşma "Bank Respublika Arena"da baş tutub.

Görüş "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Əyyub Allaş və Bilel Auaşeriya vurublar.

Qeyd edək ki, "Qəbələ" Azərbaycan Premyer liqasında 15 xalla sonuncu pillədə qərarlaşıb. Hesabında 40 xal olan "Sabah" isə ikincidir.