Şənbə 27.04.2024

“Bakı” Fransada yarımfinala yüksəlib

“Bakı” Fransada yarımfinala yüksəlib

Fransanın Tuluza şəhərində 3x3 basketbol üzrə keçirilən beynəlxalq turnirin ilk oyun günü yekunlaşıb.

Klublar arasında təşkil olunmuş turnirdə ölkəmizi qadınlardan ibarət "Bakı" təmsil edir.

Komandamız A qrupunda "Karfagen" (Tunis) və "Nayrobi Kiyati" (Keniya) klubları ilə qarşılaşıb. Basketbolçularımız, müvafiq olaraq, 16:15 və 17:12 hesabları ilə qələbə qazanıb. Sabah yarımfinal oyunları keçiriləcək.

Qeyd edək ki, yığmamızın üzvləri Dina Ulyanova, Aleksandra Mollenhauer, Mersedes Volker və Tatyana Deniskinadan təşkil olunan “Bakı” turnirdə iştirak məqsədi Paris-2024 Yay Olimpiya Oyunlarının Təsnifat Turnirinə hazırlaşmaqdır.