Şənbə 20.04.2024

FIFA ilin ən yaxşılarını açıqlayır

FIFA ilin ən yaxşılarını açıqlayır

Bu gün İtaliyanın Milan şəhərində FIFA-nın The Best mükafatının qaliblərinin adı açıqlanacaq. Dünyanın ali futbol qurumunun təsis etdiyi bu mükafat ötən mövsümün yekunlarına görə verilir. Qalib azarkeşlər, jurnalistlər, millinin məşqçisi və kapitanları arasındakı sorğu əsasında müəyyənləşir. Mərasim Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Ən yaxşı kişi oyunçu: Kriştiano Ronaldo (“Yuventus”, Portuqaliya), Lionel Messi (“Barselona”, Argentina), Vircil Van Dayk (“Liverpul”, Hollandiya)

Ən yaxşı kişi məşqçi: Yurgen Klopp (“Liverpul”), Pep Qvardiola (“Mançester Siti”), Maurisio Poçettino (“Tottenhem”)

Ən yaxşı qapıçı: Alisson Bekker (“Liverpul”), Ederson (“Mançester Siti”), Mark-Andre ter Ştegen (“Barselona”)

İlin ən yaxşı qolu adına namizədlər: Lionel Messi (“Barselona”), Xuan Kintero (“River Pleyt”), Daniel Jori (“Debretsen”)

Ən yaxşı qadın oyunçu: Lusi Bronz (“Lion”, İngiltərə), Aleks Morqan (“Lion”, ABŞ), Meqan Rapinoy (“Reyqn”, ABŞ)

Ən yaxşı qadın məşqçi: Jill Ellis (ABŞ millisi), Fil Nevil (İngiltərə millisi), Sarina Viqman (Hollandiya millisi