Bazar 28.04.2024

Arif Əsədov: Bolqarıstanla matç çətin olacaq

Arif Əsədov: Bolqarıstanla matç çətin olacaq

“Bolqarıstan millisi UEFA millətlər liqasında olan yığma komandalara bərabərdir”.

Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA Series - Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Sabah baş tutacaq oyunda bizi ciddi rəqibi gözləyir. Düşünürəm ki, Bolqarıstanla matç çətin olacaq. Heyətdə bəzi dəyişikliklər olacaq. Əhval-ruhiyyə yüksək səviyyədədir. Yaxşı oynayıb azarkeşlərimizi sevindirəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turniri çərçivəsində sabah, martın 25-də Bolqarıstan ilə qarşılaşacaq.

Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.