Şənbə 27.04.2024

Azərbaycan - Bolqarıstan matçı "CBC Sport"da

Azərbaycan - Bolqarıstan matçı "CBC Sport"da

Bu gün "FİFA Series - Edition 2024" turnirində ikinci oyunlar keçiriləcək.

Əvvəlcə meydana Tanzaniya ilə Monqolustan milliləri çıxacaqlar. Qarşılaşma "Liv Bona Dea Arena"da keçiriləcək. Hər iki komanda ilk oyunda meydanı məğlub tərk ediblər. Tanzaniya Bolqarıstana, Monqolustan isə millimizə minimal hesabla uduzub. Saat 17:00-da start götürəcək qarşılaşma "CBC Sport"la canlı yayımlanacaq.

Digər görüşdə milli komandamız meydana çıxacaq. Qrupun mərkəzi matçında Arif Əsədovun futbolçuları Bolqarıstan seçməsi ilə münasibətlərə aydınlıq gətirəcəklər. Bu qarşılaşma qrup birinciliyi baxımından böyük əhəməyyət daşıyır. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç saat 20:00-dan etibarən kanalımız vasitəsilə canlı yayımlanacaq.