Şənbə 27.04.2024

Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib

Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib.

Yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.

59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev hesabı açıb. 87-ci dəqiqədə Musa Qurbanlı tarazlığı bərpa edib.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.