Şənbə 27.04.2024

AVRO-2024-ün iki matçı "CBC Sport"da

AVRO-2024-ün iki matçı "CBC Sport"da

Bu gün AVRO-2024-ün bütün iştirakçılarının adına aydınlıq gələcək.

Əvvəlcə meydana Gürcüstanla Yunanıstan seçmələri çıxacaqlar. Gürcülər pley-off turunun yarımfinal mərhələsində Lüksemburq seçməsini 2-0 hesabı ilə məğlub ediblər. Yunanıstan isə Qazaxıstanın qapısından 5 cavabsız top keçirərək mübarizədən kənarlaşdırıb. Komandalar arasındakı matç Gürcüstanın paytaxtı Tbilisidəki "Dinamo Arena"da keçiriləcək. Saat 21:00-da start götürəcək qarşılaşma "CBC Sport"la canlı yayımlanacaq.

Digər iki matç Bakı vaxtilə saat 23:45-də başlayacaq. Ukrayna ilə İslandiya seçmələri qitə çempionatına vəsiqə uğrunda mübarizə aparacaqlar. Paralel keçiriləcək görüşdə isə Uels və Polşa yığmaları müasibətlərə aydınlıq gətirəcəklər. Sözügedən qarşılaşma kanalımız vasitəsilə canlı təqdim olunacaq.