Şənbə 27.04.2024

Azərbaycanın U-21 millisi Ukraynaya böyük hesabla uduzdu

Azərbaycanın U-21 millisi Ukraynaya böyük hesabla uduzdu

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Samir Əliyevin baş məşqçisi olduğu komanda Ukrayna U-21 ilə qarşılaşıb. "Azərsun Arena"da keçirilən matç Ukraynanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün qrupun digər oyunlarında Serbiya Şimali İrlandiyanı (saat 21:00), İngiltərə Lüksemburqu (23:00) qəbul edəcək.

Azərbaycan millisi bu nəticədən sonra yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna isə 18 xalla liderdir.

Xatırladaq ki, U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə məğlub olub.

26 mart

Avropa çempionatının seçmə mərhələsi

16:00. Azərbaycan U-21 - Ukrayna U-21 - 0:3

Qol: Yatsuk, 25,Oçeretko, 40, Valentin Rubxniski, 66