Cümə axşamı 28.03.2024

"Barselona" qalib gəldi, Messi yeni rekorda imza atdı - VİDEO

"Barselona" qalib gəldi, Messi yeni rekorda imza atdı - VİDEO

İspaniya La Liqasında 36-cı tura start verilib. İlk oyun günündə üç qarşılaşma keçirilib.

Açılış matçında “Osasuna” “Selta”yla qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. “Atletiko” “Betis”i qəbul edib. Madrid təmsilçisi 3 xalı tək qolla əldə edib.

“Barselona” bu turda “Valyadolid” səfərinə yollanıb və minimal hesabla qələbə qazanıb. Qonaqların heyətində Arturo Vidal Lionel Messinin ötürməsini qola çevirib. Görüş bu hesabla da başa çatıb.

Messi bu görüşdə yeni rekordun müəllifi olub. Argentinalı futbolçu sözügedən çempionatda bir mövsüm ərzində 20-dən çox qola və məhsuldar ötürməyə imza atan ilk futbolçu ünvanına sahib çıxıb. Messinin hesabında bu mövsüm 22 qol, 20 məhsuldar ötürmə var.

21-ci əsrdə Avropanın beş aparıcı çempionatı arasında belə bir rekorda 2002/03 mövsümündə Tyerri Anri imza ata bilmişdi. O, London “Arsenal”ının heyətində 24 qol vurmuş, 20 məhsuldar ötürmə müəllifi olmuşdu.

"Barselona" hazırda turnir cədvəlində 2-cidir. Kataloniyalılar Madrid "Real"ından 1 xal geri qalırlar.