Şənbə 27.04.2024

AVRO-2024-ün bütün iştirakçıları müəyyənləşdi

AVRO-2024-ün bütün iştirakçıları müəyyənləşdi

AVRO-2024-ün pley-off mərhələsinə yekun vurulub.

Almaniyada keçiriləcək turnirin son üç iştirakçısı A, B və C yolu üzrə final görüşlərində bəlli olub.

Pley-offun final mərhələsində Uels Polşanı qəbul edib. Polyaklar 11 metrlik zərbələr seriyasında qalib gəliblər. Ukrayna İslandiya ilə görüşdə əzmkar qələbə qazanıb. Məğlub vəziyyətə düşən ukraynalılar fasilədən sona 2 qol vurublar.

Qonşu Gürcüstan isə Yunanıstanla qarşılaşıb. 120 dəqiqə ərzində qalib müyyən olunmadığı üçün penalti zərbələrinə ehtiyac olub. Daha dəqiq olan Gürcüstan yığması tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edib.