Şənbə 27.04.2024

Son lisenziya turniri üçün Azərbaycan millisinin heyəti bəlli olub

Son lisenziya turniri üçün Azərbaycan millisinin heyəti bəlli olub

Martın 31-dən aprelin 11-dək Tailandın Phuket şəhərində ağırlıqqaldırma üzrə Dünya kuboku keçiriləcək.

Yarışa Azərbaycan yığması da qatılacaq.

Millinin heyətində Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov, Ömər Cavadov (hər ikisi - 73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) körpücük üzərinə çıxacaqlar.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 466 (235 kişi, 231 qadın) atlet iştirak edəcək.