Şənbə 27.04.2024

Azərbaycan Kubokunun yarımfinal cütləri müəyyənləşib

Azərbaycan Kubokunun yarımfinal cütləri müəyyənləşib

Basketbol üzrə Azərbaycan kubokunun yarımfinalçıları bəlli olub.

Turnirin 1/2 finalında “Neftçi” – “Sərhədçi” və NTD-İNDİQO – “Xəzri” qarşılaşmaları baş tutacaq.

Bu mərhələnin oyunları aprelin 17-də keçiriləcək. Qaliblər 3 gün sonra finalda üz-üzə gələcəklər.

Qeyd edək ki, turnirin reqlamentinə görə, qrup mərhələsində ilk 2 yeri tutan komandalar yarımfinalda oynamaq hüququ qazanıblar.