Yeniyetmə qızlardan ibarət Azərbaycan cüdo yığması Almaniyada beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
Bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Hazırlıq prosesinə millimizin 13 üzvü qatılıb. Yığmamız martın 25-dən 27-ə qədər Türingiya şəhərində hazırlıq keçib.
Beynəlxalq təlim-məşq toplanışı Teplitse Avropa Kubokuna (6-7 aprel), Göygöl Avropa Kubokuna (4-5 may), həmçinin iyun və avqust aylarında keçiriləcək Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.