Şənbə 27.04.2024

Azərbaycan Dünya kubokuna 4 gimnastla

Azərbaycan Dünya kubokuna 4 gimnastla

Azərbaycanın idman gimnastları “Challenge” Dünya kubokunda iştirak edəcək.

Martın 29-31-də Antalyada keçiriləcək yarışda yığmamız 4 idmançı ilə təmsil olunacaq.

Gimnastlarımızdan Mənsum Səfərov, Murad Ağarzaev, Rəsul Əhmədzadə və Nazənin Teymurova qalib adı uğrunda mübarizə aparcaq.

Qeyd edək ki, “Challenge” seriyasının mərhələləri Antalyadan sonra Osiek (Xorvatiya), Varna (Bolqarıstan), Koper (Sloveniya) və Jombatelidə (Macarıstan) də keçiriləcək.