Şənbə 27.04.2024

"Neftçi"nin legioneri zədəsini sağaltdı

"Neftçi"nin legioneri zədəsini sağaltdı

“Neftçi”nin futbolçusu Ataa Caber zədəsini sağaldıb.

Fələstin millisinin yarımmüdafiəçisi komanda ilə məşqlərə başlayıb.

O, klubun mətbuat xidmətinə açıqlamasında bununla bağlı danışıb: “Özümü yaxşı hiss edirəm. Yenidən oynamağa hazıram. Bərpa prosesi bir az çətin keçdi. Çünki sağaldıqdan sonra çıxdığım ilk oyunda yenidən eyni yerdən xəsarət almışdım. Eyni prosesi keçməli oldum. Üç aylıq fasilədən sonra bura qayıtdım. Bütün fikrimi Qəbələ” ilə oyuna cəmləmişəm. Düşünürəm ki, həmin matçda qalib gələ biləcəyik".

Qeyd edək ki, martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.