Cümə axşamı 18.04.2024

Millimizin UEFA Millətlər Liqasındakı ev oyunlarının stadionu açıqlandı

Millimizin UEFA Millətlər Liqasındakı ev oyunlarının stadionu açıqlandı

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarının stadionu müəyyənləşib.

Qurumun rəsmi saytının verdiyi xəbərə görə, yığmamızın hər 3 ev oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Xatırladaq ki, millimiz Bakıda sentyabrın 5-də Lüksemburq (17 noyabr – səfər oyunu), oktyabrın 13-də Kipr (8 sentyabr – səfər oyunu), noyabrın 14-də isə Monteneqro (10 oktyabr – səfər oyunu) yığması ilə qarşılaşacaq.