Şənbə 27.04.2024

Minifutbol millimizin Avropa çempionatında potensial rəqibləri

Minifutbol millimizin Avropa çempionatında potensial rəqibləri

Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında potensial rəqibləri müəyyənləşib.

Püşkatma mərasimi aprelin 4-də baş tutacaq.

Azərbaycan millisi püşkatmaya birinci səbətdən qoşulacaq.

1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya.

2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.

3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.

4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq.