Şənbə 27.04.2024

"Neftçi"də "Qəbələ" ilə oyundan öncə itkilər

"Neftçi"də "Qəbələ" ilə oyundan öncə itkilər

"Neftçi"nin Misli Premyer Liqasının 28-ci turunda səfərdə “Qəbələ” ilə keçiriləcək oyundan əvvəl zədəli futbolçuların son durumu müəyyənləşib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda sözügedən oyuna itkilərlə çıxacaq.

Bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş bu matçı buraxmalı olacaq.

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" oyunu sabah keçiriləcək və saat 16:30-da başlayacaq.