Bazar ertəsi 29.04.2024

Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin qərarını ləğv etdi

Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin qərarını ləğv etdi

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin U-15 Liqasında çıxış edən “Lion” komandası ilə bağlı qərarını ləğv edib.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. "Lion" klubunun apellyasiya şikayəti qismən təmin olunub.

“Səbail”lə keçirilən görüşdən sonra azarkeşləri tərəfindən hakimlərin təhqir edilməsi və onlara hədə-qorxu gəlinməsi səbəbindən “Lion”a verilən 3 ev oyununu azarkeşsiz keçirmə cəzası ləğv olunub. İş yenidən baxılması üçün AFFA İntizam Komitəsinə göndərilib.

Bildirilib ki, maraqlı tərəflərin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.