Bazar ertəsi 29.04.2024

“Neftçi”dən səfər qələbəsi

“Neftçi”dən səfər qələbəsi

Misli Premyer Liqasında XXVIII tura start verilib.

Sonuncu dövrənin ilk oyunu Qəbələdə keçirilib.

Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Çempionatın aşkar autsayderi növbəti dəfə meydanı məğlub tərk edib.

Rəqibi üzərində 1:0 hesablı qələbə qazanan “Neftçi” xallarının sayını 43-ə çatdıraraq, turnir cədvəlində ikinci pilləyə yüksəlib. Qarşılaşmada yeganə qola 42-ci dəqiqədə Kilan Lebon imza atıb.

Qeyd edək ki, tura martin 31-də yekun vurulacaq.