Türkiyə və Rusiyanın tanınmış media qurumları “Qarabağ”ın 11-ci dəfə Azərbaycan çempionu olması barədə xəbərlər yayımlayıblar.
Türkiyənin nüfuzlu “Sabah”, “Axşam”, “Aydınlık”, “Yeni Şafak”, “Fotospor” qəzetləri, eləcə də “beİN Sports Türkiyə”, “Haberturk” telekanallarının saytları “Qarabağ”ın “Kəpəz”a qalib gələrək (6:1) çempionatın bitməsinə 8 tur qalmış liqanın qalibi olduğunu yazıb. sporx.com saytı isə xəbəri “Azərbaycanda ənənə dəyişmədi: “Qarabağ” çempion” başlığı ilə yayımlayıb.
Rusiya mediası isə əsas fikri futbolçuları Andrey Lunyovun “Qarabağ”la Azərbaycan çempionu olmasına yönəldib. “Sport-ekspress”, “Sovetski sport” qəzetləri, TASS və RBK agentlikləri, “Matç TV”nin saytı, championat.com bununla bağlı xəbərlər paylaşıblar.