Bazar ertəsi 27.05.2024

Kubok oyunlarının hakimləri bilindi

Kubok oyunlarının hakimləri bilindi

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarının təyinatları bəlli olub.

Bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” oyununu Rəvan Həmzəzadə idarə edəcək.

"Zirə" - "Qəbələ" görüşündə baş hakim İnqilab Məmmədov olacaq.

Azərbaycan Kuboku

Yarımfinal mərhələsi, ilk oyunlar

2 aprel

20:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Neftçi Arena”

3 aprel

19:00. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu