Şənbə 27.07.2024

Azərbaycan – İsveçrə oyununun hakimləri açıqlandı

Azərbaycan – İsveçrə oyununun hakimləri açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin evdə İsveçrə yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Matç Rumıniyadan olan hakimlərə tapşırılıb.

Referi Alina Peşuya yan xətt hakimləri Daniela Konstantinesku və Petruta Yuqulesku yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Kristina Trandafir yerinə yetirəcək.

Qeyd edək ki, B Liqasının I qrupunun oyunu aprelin 9-da “Liv Bona Dea Arena”da keçiriləcək və saat 16:00-da başlayacaq.