Şənbə 27.07.2024

AFFA İntizam Komitəsindən cəza və cərimələr

AFFA İntizam Komitəsindən cəza və cərimələr

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda Misli Premyer Liqasının 21-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

Misli Premyer Liqasında 28-ci turun “Səbail” – “Turan Tovuz” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” 700 manat cərimə edilib.

Misli Premyer Liqasında 28-ci turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” 700 manat cərimə edilib.

Misli Premyer Liqasında 28-ci turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun 90+2-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sumqayıt” 1500 manat cərimə edilib