Şənbə 27.07.2024

“Qarabağ”dan darmadağın

“Qarabağ”dan darmadağın

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

İlk oyun günündə 1 matç keçirilib. Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Qarabağ" "Neftçi"nin qonağı olub. Görüş Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. .

Qeyd edək ki, yarımfinal digər qarşılaşması sabah keçiriləcək.

Əlavə edək ki, yarımfinalın cavab matçları aprelin 24-ü oynanılacaq.

2 aprel (çərşənbə axşamı)

20:00.“Neftçi” – “Qarabağ” - 0:4

Qollar: Toral Bayramov, 14-pen., 29, Marko Yankoviç, 37, Nəriman Axundzadə, 86
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
“Neftçi Arena”