Çərşənbə 24.04.2024

Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi təyin olundu

Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi təyin olundu

"Zirə"nin komandasının yeni baş məşqçisi məlum olub. Klubun saytının verdiyi xəbərə görə, qəsəbə təmsilçisi Rəşad Sadıqova həvalə olunub. 38 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb.

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov təyinatla bağlı fikirlərini bölüşüb:

“Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.

Qeyd edək ki, 2011-ci ildən "Qarabağ"da çıxış edən Rəşad Sadıqov 2019/2020 mövsümünün sonunda karyerasını başa vurub.