Cümə axşamı 28.03.2024

"Neftçi"dən növbəti legioner transferi - VİDEO

"Neftçi"dən növbəti legioner transferi - VİDEO

"Neftçi” daha bir legioner futbolçunu transfer edib. Klubun saytının verdiyi xəbərə görə, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrin ilə 2 il müddətinə müqavilə bağlanıb. 24 yaşlı futbolçu 29 nömrəli formanı geyinəcək.

Sabir Buqrin Belçikanın "Lyers” (2014-2018; 82 oyun, 3 qol), Fransanın "Paris” (2018-2019; 4 oyun) və Lüksemburqun "Dudelanj” (2019-2020; 20 oyun, 2 qol) klublarında oynayıb.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı transfer etmişdi.