Çərşənbə axşamı 30.04.2024

“Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb

“Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb

“Sabah” Azərbaycan çempionatlarının 32 illik tarixində “Qarabağ”a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub.

Bunadək 3 belə hadisə yaşanıb. İki dəfə “Kəpəz”, bir dəfə “Şəmkir” “Qarabağ”la ardıcıl matçlarda məhsuldarlıq göstərib.

Gəncə klubu 1994-cü ildə iki dəfə 4:1 hesablı qələbə qazanıb. 1998-ci ildə isə bu nəticələr fərqli olub – 3:2 və 3:0. “Kəpəz”in eyni ilə təsadüf edən qələbələri iki fərqli mövsümdə qeydə alınıb. “Şəmkir” isə eyni - 2001/02 mövsümündə, 2001-ci ilin sonlarında iki dəfə “Qarabağ”a üç və ya daha çox qol vurub – 5:1 və 3:1.

"Sabah" “Qarabağ”ın 7 oyunluq qələbə və 18 matçlıq məğlubiyyətsizlik seriyalarını da qırıb.

Ağdam klubunun Premyer Liqada qələbə qazanmadığı son görüş də eyni rəqiblə duelə təsadüf etmişdi. “Sabah” hər iki qarşılaşmada Ağdam klubunun qapısına 3 qol vurub. XXII turda 3:3 hesablı heç-heçə ilə kifayətlənən paytaxt təmsilçisi XXX turda qalib gəlib – 3:2.

MƏNBƏ: PFL (PEŞƏKAR FUTBOL LİQASI)