Bazar ertəsi 29.04.2024

"Barselona" - PSJ matçı "CBC Sport"da

"Barselona" - PSJ matçı "CBC Sport"da

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finl mərhələsinin cavab oyunlarına start verilir.

"Park de Prens"dən 3-2 hesablı qələbə ilə dönən "Barselona" PSJ-ni qəbul edəcək. Bu,komandalar arasında 15-ci duel olacaq. 6 matç "kataloniyalıların" xeyrinə bitibsə, 4 görüşdə paytaxt təmsilçisi qələbəni bayram edib. Fransızların qələbə qazandığı sayda da heç-heçə qeydə alınıb. Xavi Ernandezin kollektivi 6 oyundur məğlub olmur. Onların son məğlubiyyəti yanvarın 27-nə təsadüf edir ki, bu da İspaniya La Liqasının 22-ci turunda "Vilyarreal"la doğma meydanda keçirilən görüşə təsadüf edir. (3:5)

Rumıniyalı referi İtsvan Kovaçın ədaləti qoruyacağı matç "CBC Sport"la canlı yayımlanacaq.

Paralel keçiriləcək digər matç Almaniyada oynanılacaq. Burada "Borussiya Dortmund"la "Atletiko Madrid" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. İlk görüş "ağ-qırmızılar"ın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər bunadək 5 dəfə üz-üzə gəliblər ki, bunların 3-də Madrid təmsilçisi, 2-də isə almanlar qalib gəlib. "Siqnal İduna Park" stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi sloveniyalı Slavko Vinçiçdir.

Qeyd edək ki, görüşlər Bakı vaxtilə saat 23:00-da start götürəcək.