21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçiriləcək Azərbaycan – Fransa oyununun başlanma saatı və stadionu müəyyənləşib. Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da təşkil olunacaq qarşılaşma saat 21:00-da başlayacaq.
Azərbaycan - Fransa matçı Sumqayıtda keçiriləcək
