Bazar ertəsi 29.04.2024

Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb

Minifutbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Baş məşqçi Elşad Quliyev Avropa çempionatının hazırlığına 20 futbolçu dəvət edib.

Millimiz aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışı keçəcək. Məşqlərdə “Zirə”dən 10, “Birbaşa Bakı”dan 7, “Aznur”dan 2 və “Odlar Yurdun”dan 1 futbolçu iştirak edəcək.

Yığmanın heyəti:
Qapıçılar:
Davud Kərimi (“Zirə”), Ağaseyid Qasımov (“Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”);
Müdafiəçilər: Müseyyib Vəliyev (“Birbaşa Bakı”), Vüsal İsayev (“Birbaşa Bakı”), Təmkin Xəlilzadə (“Birbaşa Bakı”), Taleh Babayev (“Zirə”), Ramiz Çovdarov (“Zirə”), Elşad Manafov (“Zirə”);
Yarımmüdafiəçilər: Elvin Əlizadə (“Birbaşa Bakı”), Məhəmməd Xəlilov (“Zirə”), Rəvan Kərimov (“Zirə”), Mirkamil Əliyev (“Zirə”), Kamran Qürbətov (“Aznur”), Təmraz Əmircanov (“Aznur”);
Hücumçular: Eşqin Tağıyev (“Birbaşa Bakı”), Samir Həmzəyev (“Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”), Seymur Məmmədov (“Zirə”), Mirmehdi Rzayev (“Birbaşa Bakı”);

Qeyd edək ki, yığmamız aprelin 30-da Serbiya, Rumıniya, Monteneqro, Albaniya və Bosniya Herseqovina millilərinin də qatıldığı turnirdə iştirak edəcək. Komandamız Avropa çempionatında isə F qrupunda Fransa, İtaliya və Avstriyaya qarşı mübarizə aparacaq.