Çərşənbə axşamı 30.04.2024

"Mançester Siti" - “Real Madrid” matçı “CBC Sport”da

"Mançester Siti" - “Real Madrid” matçı “CBC Sport”da

Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına yekun vurulacaq.

Son matç günündə 2 qarşılaşma keçiriləcək. "Mançester Siti" "Real Madrid"i qəbul edəcək. Bu komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatıb. "Arsenal" isə "Bayern Münhen"in qonağı olacaq. Sözügedən komandalar 1-ci oyunda 2:2 hesablı heç-heçə ediblər.

Qeyd edək ki, PSJ və "Borussiya Dortmund" yarımfinala vəsiqə qazanıb.

17 aprel

23:00. "Mançester Siti" - "Real Madrid"

İlk oyun - 3:3

23:00. "Bayern Münhen" - "Arsenal"

İlk oyun - 2:2

16 aprel

"Barselona" - PSJ - 1:4

İlk oyun - 3:2

"Borussiya Dortmund" - "Atletiko Madrid" - 4:2

İlk oyun -1:2