Çərşənbə 01.05.2024

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.

“Sərhədçi” İdman Mərkəzində keçirilən matçda “NTD-İndiqo” və “Xəzri” kollektivləri qarşılaşıb.

Rəqibinə 78:73 (31:14, 15:24, 13:17, 19:18) hesabı ilə qalib gələn "Xəzri" ölkə kubokunun həlledici oyununa vəsiqə qazanıb.

Yarımfinalın digər görüşündə “Neftçi” və “Sərhədçi” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 19:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü aprelin 20-də, saat 15:00-da reallaşacaq.