Çərşənbə 01.05.2024

"Bayern Münhen" və "Real Madrid" yarımfinalda

"Bayern Münhen" və "Real Madrid" yarımfinalda

"Mançester Siti" "Real Madrid"i qəbul edib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında ilk görüşdə 3:3 hesabı qeydə alındığından əlavə vaxt oynanılıb. Burada da hesab dəyişməyib və penaltilər seriyasında "Real" daha dəqiq olaraq (4:3) yarımfinala yüksəlib. "Real Madrid"in ukraynalı qapıçısı Andrey Lunin 2 penaltini dəf edib.

"Arsenal" isə "Bayern Münhen"in qonağı olub. Sözügedən komandalar 1-ci oyunda 2:2 hesablı heç-heçə etmişdilər. Bu görüşdə isə Almaniya klubu 1:0 hesablı qələbə qazanaraq yarımfinala adlayıb.

Qeyd edək ki, final uğrunda oyunda "Real Madrid" "Bayern Münhen" ilə, PSJ isə "Borussiya Dortmund" ilə üz-üzə gələcək.

17 aprel

23:00. "Mançester Siti" - "Real Madrid" - 1:1 (Penaltilər - 3:4 )

Qollar: Rodriqo, 12 (0:1), De Brüyne, 76 (1:1)

İlk oyun - 3:3

23:00. "Bayern Münhen" - "Arsenal" - 1:0

Qol: Kimmix, 63

İlk oyun - 2:2