Çərşənbə 01.05.2024

Ayşən Abduləzimovadan Macarıstanda çempionluq

Ayşən Abduləzimovadan Macarıstanda çempionluq

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.

Təcrübəli blokçumuzun komandası “Vaşaş” finalda KNRC klubunu hər üç oyunda məğlub edib və qızıl medallara sahib çıxıb.

Yığmamızın kapitanı çempionluq gətirən son oyunda 12 xal (7 blok, 3 hücum, 2 eys) qazanıb.

Qeyd edək ki, Ayşən bu il həm də Macarıstan kubokunun qalibi olub.