Cümə axşamı 02.05.2024

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti finalçı bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti finalçı bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşib.

"Abşeron” cavab matçında "Murov Az Terminal"a məğlub olsa da həlledici raunda vəsiqə qazanıb.
İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazandığından və setlər bərabər olduğu üçün finalçı "Qızıl set"də müəyyənləşib. - 2:3 (25:21, 20:25, 19:25, 20:25, 15:11)

Bu komandalar arasında keçirilən ilk görüşdə "Abşeron" 3:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında "Azərreyl" və "Gəncə" kollektivləri qarşılaşıb. Hər iki oyunun nəticəsinə əsasən qələbə qazanan paytaxt təmsilçisi adını finala yazdırıb.