Cümə 29.03.2024

"Neftçi" 19 yaşlı braziliyalı futbolçu transfer etdi

"Neftçi" 19 yaşlı braziliyalı futbolçu transfer etdi

"Neftçi” ardıcıl üçüncü legioner futbolçunu transfer edib. Klubun saytının verdiyi xəbərə görə, Braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 19 yaşlı futbolçu 4 nömrəli formanı geyinəcək.

"Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın "Fortaleza” klubunda çıxış edib. O, "Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə "Copa do Nordeste”nin qalibi olub.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer etmişdi.