Cümə axşamı 02.05.2024

UEFA Avropa Liqasında yarımfinal cütlükləri

UEFA Avropa Liqasında yarımfinal cütlükləri

UEFA Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

"Atalanta" öz meydanında "Liverpul"u qəbul edib. İngiltərə təmsilçisi səfərdə 1:0 hesablı qələə qazansa da, bu, mərhələ adlamaq üçün kifayət etməyib.

"Marsel" - "Benfika" cütünün qalibi penaltilər seriyasında müəyyənləşib, Burada dəqiq oynayan fransızlar yarımfinala çıxıblar.

"Roma" səfərdə olduğu kimi, öz meydanında da "Milan"ı üstələyib.

"Vest Hem" - "Bayer" görüşündə qalib aşkarlanmadığından ilk matçda qələbə qazanan Leverkuzen təmsilçisi yarımfinala adlayıb. Səfərdən bərabərliklə dönən "Bayer"in cari mövsümdəki məğlubiyyətsiz oyunlar seriyası 44-ə çatıb. .

18 aprel

"Atalanta" - "Liverpul" - 0:1

Qol: Məhəmməd Salah, 7

İlk oyun - 3:0.

"Marsel" - "Benfika" - 1:0, pen. - 4:2

Qol: Faris Moumbagna, 79

İlk oyun - 1:2

"Roma" - "Milan" - 2:1

Qollar: Canluko Mançini, 12 (1:0), Paulo Dibala, 22 (2:0), Matteo Qabbia, 85 (2:1)

Qırmızı vərəqə: Zeki Çelik, 31 ("Roma")

İlk oyun - 1:0

"Vest Hem" - "Bayer" - 1:1

Qollar: Maykl Antonio, 13 (1:0), Ceremi Frimponq, 89 (1:1)

İlk oyun - 0:2.

Yarımfinal cütləri:

"Marsel" - "Atalanta"

"Roma" - "Bayer"

Qeyd edək ki, yarımfinalın ilk matçları mayın 2-də, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək.