Şənbə 04.05.2024

“Neftçi” itkilərlə meydana çıxacaq

“Neftçi” itkilərlə meydana çıxacaq

"Neftçi"nin iki futbolçusu bu gün "Zirə"yə qarşı keçirəcəkləri Premyer Liqanın XXXI turun oyununu buraxacaq.

Bərpa prosesi keçən qapıçı Emil Balayev və cəzalı Azər Salahlı sözügedən matçda meydana çıxmayacaqlar.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.