Bazar 05.05.2024

“Zirə” ikinci pilləyə yüksəldi

“Zirə” ikinci pilləyə yüksəldi

Misli Premyer Liqasında 31-ci turun oyunları davam edir.

Günün digər matçı ikincilik uğrunda mübarizə baxımından hər iki komanda üçün vacib idi. "Neftçi" "Zirə"nin qonağı olub. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda hesab 1:1 ikən 10 nəfərlə qalmasına baxmayaraq, daha 2 qol vuraraq 3:1 hesablı qələbə qazanıb. Bu qalibiyyətlə xalını 49-a yüksəldən "Zirə" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

20 aprel (şənbə)

19:00. “Zirə” – “Neftçi” - 3:1

Qol: Emin Mahmudov, 19-pen. (0:1), Rəhim Sadıxov, 43 (1:1), Fuadd Bayramov, 78 (2:1), Vladislav Kulaç, 85 (3:1)

Qırmızı vərəqə: Ceyhun Nuriyev, 67 ("Zirə")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu