Bazar 05.05.2024

Misli Premyer Liqasında 31-ci tura yekun vurulur

Misli Premyer Liqasında 31-ci tura yekun vurulur

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

Son gündə 2 matç keçiriləcək. Əvvəlcə 9-cu yerdəki "Kəpəz" 5-ci pillədəki "Sabah"ı qəbul edəcək. Oyun saat 16:30-da başlayacaq.

Digər matçda isə 8-ci yerdəki "Araz-Naxçıvan" 7-ci pillədəki "Səbail"lə qarşılaşacaq. Bu görüş saat 19:00-da start götürəcək.

21 aprel (bazar)

16:30. “Kəpəz” –“ Sabah”
Hakimlər:
Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan”– “Səbail”
Hakimlər:
Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
“Liv Bona Dea Arena”