Bazar 05.05.2024

Nicat Abasovdan heç-heçə

Nicat Abasovdan heç-heçə

Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində XIII turun oyunları baş tutub.

İştirakçılar bir günlük fasilədən sonra lövhə arxasına keçiblər.

Azərbaycan şahmatçısı Nicat Abasov sonuncudan əvvəlki turda Vidit Santoş Qujrati ilə üz-üzə gəlib. 29 yaşlı təmsilçimiz qara fiqurlarla axırıncı sınağına çıxıb və 31-ci gedişdə sülhə razılaşıb.

İddiaçılar Turniri
XIII tur, 20 aprel

Yan Nepomnyaşi – Hikaru Nakamura - 0,5:0,5
Rameşbabu Praqnanandja – Fabiano Karuana - 0,5:0,5
Vidit Santoş Qujrati – Nicat Abasov - 0,5:0,5
Dommaradju Qukeş – Alireza Firuzca - 1:0

Xal durumu: 1. Dommaradju Qukeş (Hindistan), 2. Hikaru Nakamura (ABŞ) - 8,5, Yan Nepomnyaşi (FİDE) – 8, 4. Fabiano Karuana (ABŞ) – 7, 5. Rameşbabu Praqnanandja (Hindistan) – 6,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca (Fransa) – 4,5, 8. Nicat Abasov (Azərbaycan) – 3,5

Qeyd edək ki, XIV turun matçları aprelin 21-də təşkil olunacaq. Ağ fiqurlarla oynayacaq Nicat turnirdəki son matçında Rameşbabu Praqnanandja ilə üz-üzə gələcək.