Şənbə 04.05.2024

Azərbaycan çempionu müəyyənləşir

Azərbaycan çempionu müəyyənləşir

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulacaq.

Mövsüm final matçı ilə başa çatacaq.

Çempionun adına “Azərreyl” və “Murov Az Terminal” arasında görüşdə aydınlıq gələcək. Qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq. Maraqla gözlənilən final oyunu "CBC Sport"la canlı yayımlanacaq.

Qeyd edək ki, iki gün əvvəl keçirilən bürünc medal uğrunda oyunda “Neftçi” MOİK-ə 3:0 hesabı ilə qalib gəlib.

Voleybol, Yüksək Liqa, kişilər
Final
22 aprel
16:00. “Azərreyl” - “Murov Az Terminal”

Bakı İdman Sarayı