Cümə 03.05.2024

"Zirə"dən 100-cü qələbə

"Zirə"dən 100-cü qələbə

“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü qələbəsini qazanıb.

Bu, Misli Premyer Liqasının 31-ci turunda baş verib. Rəşad Sadıqovun komandası Bakı derbisində “Neftçi”yə qalib gəlib – 3:1.

Premyer Liqada 2015-ci ildə debüt edən qəsəbə klubu 100-cü qələbəsini 263-cü görüşündə əldə edib. Zirəlilər 59 dəfə evdə, 41 dəfə səfərdə üç xala seviniblər.

“Zirə” ölkə çempionatları tarixinə 100 və daha çox qələbə qazanan 13-cü komanda kimi düşüb. Paytaxt klubunun ilk zəfəri 2015-ci il avqustun 9-da AZAL-la ev matçına təsadüf edib – 1:0.

MƏNBƏ: PEŞƏKLAR FUTBOL LİQASI (PFL)