Şənbə 04.05.2024

Azərbaycan Kubokunda yarımfinalın cavab oyunlarının saatı

Azərbaycan Kubokunda yarımfinalın cavab oyunlarının saatı

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının başlama saatı açıqlanıb.

Hər iki cavab görüşü aprelin 24-də keçiriləcək.

“Qəbələ” - “Zirə” oyunu saat 17:00-da start götürəcək. “Qarabağ” - “Neftçi” görüşü isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinalın ilk oyunlarında “Qarabağ” “Neftçi”ni 4:0, “Zirə” isə “Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

MƏNBƏ: PEŞƏKAR FUTBOL LİQASI (PFL)